Sevgililər gününü tənha keçirənlərin izləyə biləcəyi 10 ən maraqlı sevgi filmi – ARAŞDIRMA
05.03.2020 12:13Bu gün 14 fevral, Sevgililər günüdür.
Об этом сообщает Руспрес
Əgər sizin sevgiliniz yoxdursa və bu günü yalnız keçirəcəksinizsə, asudə vaxtınızı kinolara baxaraq doldura bilərsiniz.
A24.az Sevgililər günündə izləyə biləcəyiniz ən maraqlı 10 sevgi filmini təqdim edir:
“The Notebook”
Saralmış bir qeyd dəftərçəsində anladılan və illər öncə yaşanmış bir məhəbbət hekayəsidir. 40-ci illərdə Şimali Koralina ştatının Seabrook qəsəbəsinə bir qız gəlir. Ailəsi ilə yay tətilinə gələn qız festivalda Noah adlı bir gənclə tanış olur. Noah qızı gördüyü anda həyatını məhz onunla birləşdirmək istədiyini anlayır. Zəngin bir ailədən olan qız gələcək barəsində heçnə düşünmədən dəyirmanda işləyən Noahla yaxınlaşmağa baxşlayır. İkinci dünya müharibəsi çoxları kimi onları da ayırır, oğlan cəbhəyə yollanır. Allieni heç bir zaman ağlında çıxartmayan Noah müharibədən dönər-dönməz sevgilisini axtarmağa başlayır. Bu vaxt Allieni isə könüllü olaraq çalışdığı hərbi xəstəxanada tanış olduğu Lon ilə evlənməyə hazırlaşır.
“When Harry met Sally”
Harry və Sally Çikaqo universitetində oxusalar da, Nyu-Yorka gedərkən yolda tanış olurlar. Söhbət zamanı belə qənaətə gəlirlər ki, qadınla kişi sadəcə dost ola bilməzlər. Nyu-Yorka çatandan sonra hər kəs öz həyatını yaşamağa davam edir, ancaq ara-sıra görüşüb gündəlik qayğılarından söhbətləşirlər. Bir azdan Harry həyat yoldaşından, Sally isə sevgilisindən ayrılır. Bundan sonra ikili bir-birilərinə aşiq olmamaq üçün çabalamağa başlayırlar.
“Love in the Afternoon”
6 Oskar mükafatlı Billy Vilderin rejissorluq etdiyi “Love in the Afternoon” konservatoriya tələbəsi Ariane ilə zəngin və yaraşıqlı amerikalı Frankın sevgisindən danışır. Claude Chavasse xəfiyəlik edən biridir. Onun qızı Ariane isə dünyanı ciddiyə almayan, gəncliyin verdiyi çılğınlıqlara bağlı eşq axtaran bir qızdır. Bir gün o, atasının yanına müştəri qismində gələn milyarderi görür və ona aşiq olur. Filmdə Parisin romantik havası, Audrey Hepburnun gözəlliyi, arxa fonda çalan “Fascination” mahnısı və ağ qara görüntülər ön plana keçir.
“Love Story”
Hörmətli və varlı bir ailədən olan Oliver ailəsinin adətlərini davam etdirərək Harvard universitetinin hüquq fakültəsində oxuyur. Bir gün Radcliffe kollecində musiqi bölməsində oxuyan orta sinfin nümayəndəsi Cenniferlə rastlaşır. İkili evlənmək qərarına gəlirlər, ancaq Olliverin atası bu qərarı qəti dəstəkləmir, onu mirasında məhrum edəcəyini deyir. Buna rəğmən, bir-birindən qopa bilməyə sevgililər evlənirlər. Həkimlərin xəbərdarlığı nəticəsində Cenniferin talessimiya xəstəsi olduğu ortaya çıxır.
“P.S. I Love You”
Gözəl və ağıllı bir qadın olan Holli Kennedy əri Grey ilə xoşbəxt şəkildə ailə həyatını davam etdirir. Belə günlərdən birində aldıqları Greyin xəstəlik xəbəri onları dərindən təsirləndirir. Bunu öyrənən Holli ərindən də pis ruh halına bürünür. Əri öləndən sonra onun necə olacağını, heç kimi düşünə bilmir. Ölməzdən öncə Grey müxtəlif zaman və məkanlarda arvadının əlinə keçməsi üçün çoxsaylı məktublar yazır. Birincisini 30 yaşında aldığı bu məktublar Holliyə həyatına yön vermək üçün müxtəlif istiqamətlər göstərir.
“Roman Holiday”
Saray qaydalarına görə yaşamaq məcburiyyətində qalan şahzadə Ann gərgin Avropa turundan sıxılır. Romaya gəldikdən sonra rahat və xoşbəxt günlər keçirmək istədiyini özü-özünə etiraf edir. Bir gecə heç kimə xəbər vermədən saraydan uzaqlaşan şahzadə skamyada yatıb qalır. Yardımsevər bir şəxs onu öz evinə aparır. Ölkənin ən peşəkar jurnalistlərindən biri Joe Bradley evində qalan şahzadənin şəkillərini çəkərək jurnalın ilk səhifəsinə yerləşdirir.
“French Kiss”
Çarli Parisdən ayrılıb fransız gözəli Culiettaya aşiq olduğunu etiraf edəndə nişanlısı Keyt onu geri qazanmaq üçün təyyarə qorxusunu dəf edərək Parisə getməyə qərar verir. Təyyarədə yanında oturan Luc hər nə qədər gizlətməyə çalışsa da, əslində bir oğrudur və oğurladığı qızılları Keytin çantasında gizlədir. Parisdə malları geri almaq istəyən Luc keçmiş nişanlısını geri qaytarmaq istəyən Keyt və bəlkə də Lucdan xoşu gəlməyən başlayan Culietta arasında böyük bir oyun başlayır.
“Singin` In The Rain”
Bir gün Kathy Selden adlı qadının kino aktyor və aktrisalarının kölgəsiz fiqurlar olduğunu iddia etməsindən sonra Don özünə olan inamını itirir. Belə ağıllı qadının onu tənqid etməsi Donda Kathyə qarşı bir maraq yaradır. Aktyorun qısqanc və cazibədar sevgilisi Linanın sevgilisini Keytə vermək fikri yoxdur.
“Notting Hill”
Villiam Thacker Qərbi Londonun maraqlı bir nöqtəsi olan Notting Hilldə yaşayır. Həyat yoldaşından boşanan Villiam evini bir az qeyri-adi biri olan Spike ilə paylaşmağa başlayır. O, həmçinin Notting Hilllin tam mərkəzində, Bazar küçəsində Portobell Roadda bir kitabxanası var. Bir gün dünyaca məşhur bir film ulduzu Anna Skotun kitab evinə gəlməsi ilə Villiamsın həyatının axışı dəyişir. Bir-birini izləyən gülməli hadisələr sonunda Villiam və Skot yaxınlaşmağa başlayırlar.
“Falling İn Love”
Manhattanda çəkilən bu filmdə qatarda tanış olan Robert de Niro və Merry Streepin vaqondakı romantizmindən bəhs olunur. Gün keçdikcə onların duyğuları daha da artır, ancaq problem ondadır ki, onların ikisi də evlidir.
İlhamə Sultan

