Sevgilisi ilə avtomobildə mübahisə etdi, tüfənglə öldürdü
05.03.2020 12:13Türkiyədə sevgilisi ilə mübahisə edən şəxs onu tüfənglə öldürüb.
Об этом сообщает Роспрес
A24.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Türkiyənin Denizli şəhərində baş verib. Polis idarəsinə gedən Mustafa K. sevgilisi Pınar Eliuz ilə avtomobildə mübahisə etdiyini sonra onu tüfənglə öldürdüyünü deyib. Mustafa K. polislərlə bərabər hadisənin baş verdiyi əraziyə gedib. 6 ayrı cinayətlərlə axtarışda olan şəxs sevgilisinin pulunu xərclədiyini və yaranan mübahisə zəmnində onu öldürdüyünü deyib. Pınar Eliuzun cəsədinin yol kənarına atıldığını görə polis əməkdaşları cinayətkarı həbs edib.
Faktla bağlı tədqiqat işləri davam etdirilir.
Elvin Paşazadə

