Sevgilisi ilə dalaşıb ona yolun ortasında kəllə vurdu
05.03.2020 12:13İstanbulun Beşiktaş səmtində sevgilisi ilə mübahisə edən Fuad Ş. ona hər kəsin gözü önündə kəllə vurub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, sevgililər arasında mübahisə kafedə oturarkən başlayıb.
Belə ki, sevgilisinin əlindən telefonunu alan Fuad Ş. ondan eyni anda neçə nəfərlə danışdığını soruşub. Fuad Ş. daha sonra qadına qışqıraraq ona başla zərbə endirib. Zərbənin təsirindən qadının burnu qırılıb. Zərbə vurandan sonra Fuad heç bir şey olmamış kimi “gözlə hesabı ödəyim” deyib.
Lakin sevgilisi ondan şikayətçi olub və Fuad Ş. saxlanılıb. Sevgilisi tərəfindən döyülən qadın ona xəyanət etdiyini və aralarındakı mübahisənin bu səbəbdən yaşandığını dilə gətirib. Qadının sözlərinə görə, onlar ayrılıblar.

