Sevgilisi ondan ayrılan qadının üzünü yandırdı
05.03.2020 12:13Eskişehirdə yaşayan Gürcüstan əsilli Türk vətəndaşı Marina Lakvekheliani keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb.
Об этом сообщает Руспрес
A24.az Türkiyə mediasına istinadən xəbər verir ki, çörək almaq üçün evdən çıxan Marina Lakvekhelianinin üzünə keçmiş sevgilisi yandırıcı maddə atıb. Hal-hazırda o, aparıldığı Eskişehir Dövlət Xəstəxabasında mülaicə alır.
Marina Lakvekheliani qeyd edir ki, bir ildir münasibətləri olan sevgilisi İ.C. ayrılğı qəbul edə bilmir. Uzun zamandır ki, onu izləyir və təhdid edir. Polisə müraciət etməsinə baxmayaraq heç bir tutarlı nəticə əldə edilməyib.
Hadisə baş veridiyi gün o, marektə çörək almaq üçün gedirmiş. Qulağında qulaqcıq olduğu üçün ona kimnsə yaxınlaşdığını hiss etməyib. Anidən ona yaxınlaşan İ.C. üzünə yandırıcı maddə ataraq hadisə yerindən qaçıb.
Xəstəxanaya gətirilən Marina Lakvekhelianinin üzü tamamilə sarılıb və görməsində problem yarandığı qeyd olunur. Müalicəsi hazırda davam edir.
Pərvin Abgül//A24.az

