Sevgilisindən ayrılmaq istədiyini elə yolla bildirdi ki…
05.03.2020 12:13Sevgilinizə ayrılmaq istədiyinizi söyləməyin bir çox yolu ola bilər.
Об этом сообщает Руспрес
Amerikada gənc bir qadın ayrılacağı sevgilisi üçün bir musiqi siyahısı hazırlamağa üstünlük verib.
A24.Az BBC-yə istinadla xəbər verir ki, Kirsten Titus adlı univertsitet tələbəsi sevgilisinə münasibətlərinin bitməsinə dair bir musiqi siyahısı hazırlayıb.
19 yaşlı qadın 20 yaşlı sevgilisi Vyatt Hall üçün hazırladığı “ayrılıq siyahısı”na fərqli müğənnilərin fərqli üslubda oxuduğu 10 mahnıya yer verib.
Müğənnilər arasında Ed Şiran kimi məhşurlar da var. Mahnı adlarını sırayla birləşdirdiyində ortaya “Məni hələ də öpmək istəyirsənmi? Çünki mən başqa birini sevirəm deyəsən, amma dost qala bilərik” mesajı çıxıb.
Keçmiş sevgilidən bir mahnıyla cavab mesajı
Amerikanın Provo əyalətində eyni universitetdə oxuyan cütlüyün münasibətləri sadəcə bir ay davam edib.
Əslində musiqi siyahısının sosial şəbəkələrdə məhşur olması gözlənilmirdi.
Amma Kirstenin kiçik qardaşı Erika musiqi platformasında bu siyahını görüncə onu “Twitter” hesabında paylaşıb.
Kirstenin keçmiş sevgilisi Vyatt baş verənlərin məhşur olduğunu gördükdə cavab verməyi gecikdirməyib.
Sadəcə bir rep mahnısının olduğu siyahını paylaşan gənc keçmiş sevgilisinə bu yolla “səsini kəs” mesajını verib.

