Sevgilisini boğub itlərə yedirən idmançı futbola qayıdır
05.03.2020 12:132013-cü ildə sevgilisini öldürərək itlərə yem edən futbolçu Bruno Fernandes futbola geri dönür.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, o zaman ” Flamengo’” komandasında forma geyən və Braziliya millisində qapıçı kimi çıxış edən futbolçu 3 il davam edən məhkəmənin ardınca 2013-cü ildə 22 illik həbsə məhkum edilib.
Braziliya prokuroru bundan öncə heç bir qanun pozuntusuna imza atmadığına görə, futbolçunun cəzasının 7 ilə endirilməsinə qərar verib. 26 yaşında həbsə girən Fernandesin komandası ilə müqaviləsi də həmin dövrdə ləğv edilib.
Braziliyada milli komandanın gələcəkdə qapıçısı olaraq görülən futbolçu azadlığa çıxdıqdan sonra karyerasını davam etdirməyi düşünür. Futbolçunun meneceri bildirib ki, artıq ölkənin 10 öndəgedən komandası onu heyətinə cəlb etmək istəyir.
Brunonun hansı komandada oynayacağı gələn həftə bilinəcək.

