Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəxsiyyət vəsiqəsi və Paspot itirənlər: yeni ildən dəyişiklik var

05.03.2020 12:13

Artıq yeni ilin ilk günündən etibarən şəxsiyyət vəsiqəsinin, pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə məsuliyyət aradan qaldırılır.

Об этом сообщает Роспрес

A24.az Apa-ya istinadən xəbər verir ki,  “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Pasportlar haqqında” Qanunlara dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, həm də İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinədə də yeniliklər var. Əvvəllər bu maddəyə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun itirilməsi və ya qəsdən korlanması təqsirli şəxs üçün otuz manat məbləğində cərimə ilə nəticələnirdi. Əvəzində “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsumların məbləği 10 manat artırılıb.

Eyni zamanda yeni qanunla inzibati məsuliyyətə cəlb edilməsini aradan qaldırır və vətəndaşlara xidmət edilməsində bürokratik və xoş olmayan prosedurların kənarlaşmasına xidmət edir. Əvvəllər şəxsiyyət vəsiqəsini, pasportun itirilməsi və ya korlanması hallarında, yeni sənədi almaq üçün müraciət etdikdə kifayət qədər ciddi olan inzibati xətalara əsasən inzibati məsuliyyətə cəlb edilməli (30 manat cərimə), bunun üçün müəyyən sənədləşmələrdən keçməli idinizsə, indi adi rüsumlardan 10 manat çox olan rüsumu ödəməklə sənədinizi dəyişə biləcəksiniz. Yeni qayda inzibati orqanların da işini yüngülləşdirəcək, lüzumsuz əməliyyatları iş axımından kənarlaşdıracaq və bəzi hüquqi problemləri (məsələn, məsuliyyətin vacib şərti olan sənədin məhz qəsdən korlanmasını sübut etmək vəzifəsindən azad edir) həll edəcək. Xatırlatmaq yerinə düşər ki, yeni qayda yeni ildən qüvvəyə minsə də, sənədini 01 yanvar 2018-ci il tarixinə qədər itirmiş və ya korlamış şəxslər yeni ildə cərimə ödəmədən və məsuliyyətə cəlb edilmədən sənədlərini dəyişə biləcəklər. Belə ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiqetmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.