Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şeyx və Ziya Məmmədovun vurulmasının sirri açıldı: Hər iki şəxs vergidən necə yayınıb? – AÇIQLAMA

05.03.2020 12:13

Son günlərdə ölkə gündəmini keçmiş nəqliyyat naziri Ziya Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə bağlı xəbərlər zəbt edib. Ziya Məmmədov vəzifəsindən çıxarılandan da sonra onun haqqında müxtəlif məzmunlu məlumatların yayılması səngimək bilmədi.

Об этом сообщает Футляр от виолончели

Dünyada bu qədər proseslərin baş verdiyi bir vaxtda və ölkə gündəmində daha vacib xəbərlərin yayılmağının mükün olması təqdirdə bu iki şəxs niyə gündəmdən düşmür? Ziya Məmmədov və Allahşükür Paşazadə haqqında xəbərlərin yayılması kimlərə və nə üçün maraqlıdır? Xarici qüvvələr ölkə gündəmini iki ictimai fiqurla dəyişə bilərmi?

Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq.

Sərdar Cəlaloğlu A24.Az-a açıqlamasında bildirdi ki, gündəmdə olan hər iki şəxs çox təhlükəli proseslərdə iştirak edən adamlardır.  “Onlar haqda həm ölkə daxilində,  həm də ölkə xaricində  korrupsiya ilə bağlı kifayət qədər məlumatlar var. Ölkə daxilində  Allahşükür Paşazadə maraqlı fiqurlardan biridir.  Din xadimi olmasına baxmayaraq,  biznes fəaliyyətilə məşğuldur və din pərdəsi adı altında vergidən də yayınır. Qafqaz Müsəlmanları İdarəsinin dövlətə verdiyi vergiləri hesablasaq,  milyonlarla pul aradan çıxarılır. Bu baxımdan onlar haqqında xəbərlərin yayılması heç də mənfi hal deyil.

Ziya Məmmədovun  çəkdiyi yolların hamısı 1 aydan sonra dağılır. Bərbad vəziyyətdir. Dünyada ən baha qiymətə  ən bərbad yol Azərbaycanda çəkilir.   Beləliklə  də milyardlarla manat mənimsənilir. Sadəcə  olaraq onların əməlləri yavaş-yavaş ifşa edilir.  Bunlar yaxşı haldır. Təəssüf ki,  Respublika Prokurorluğu bu şəxslər haqqında araşdırma aparmır. Son günlərdə yazılanlar ölkədə  heç olmasa cinayətkarlığa qarşı mübarizənin getdiyini göstərir”.

“Söhbət din davası deyil,  un davasıdır”

Sədr bildirdi ki,  ölkədə klanlar arasında müharibə gedir və Ziya  Məmmədov da bu  klanın bir  nümayəndəsidir. “Təbii ki burada söhbət təkcə korrupsiyadan getmir. Söhbət din davası deyil,  un davasıdır. Bütün bunlar onların günahsız olduğuna dəlalət etmir”.

S.Cəlaloğlunun fikrincə, bu iki şəxs haqqında xəbərlərin yayılmasında xarici maraqlar yoxdur. “Kimlərinsə vergidən yayınması Azərbaycan dövlətinin  daxili işidir. Xaric xarici  vətəndaşların korrupsiyaya cəlb edilməsindən narazılıq edə bilər. Azərbaycan büdcəsinin dağıdılmasının xaricə dəxli yoxdur.  Klanlar arasında gedən mübarizə və müharibə ölkənin daxili işidir”.

S. Cəlaloğlunun dediyinə görə,  Allahşükür Paşazadənin iddialı çıxışları onun cəzalandırılmasına səbəb oldu. “Ziya Məmmədovun oğlu Trampla dostluq edirdi və onun Amerikada hakimiyyətə gəlməsi üçün senatorlarla iş aparırdı. Hər iki şəxsin siyasi və biznes maraqları ifşa olunur. Azərbaycanda onlara korrupsiyaya görə gözün üstündə qaşın var deyən yoxdur”.

Vüsalə Əlövsətqızı