Səyyad Əlizadə: “Qızlarımız dar, oğlanlarımız “kalqotka” geyinir” – VİDEO
05.03.2020 12:14“Dəb mənim üçün rol oynamır. Mən nə yaraşırsa, onu geyinirəm. Bu gün cavanlar elə şalvar geyinirlər ki, sanki “kalqotka” geyiniblər. O, kişiyə yaraşan şey deyil. Kişi gərək geyiminə fikir versin. Düzdür, bizim cavan qızlar da dar geyinirlər. Ancaq bu qəbul olunmur. Ev geyimi başqadır, küçə geyimi başqa”.
Об этом сообщает Руспрес
A24.Az-ın verdiyi xəbərə görə, bunu S “ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Səyyad Əlizadə deyib.
Öz yaradıcılığından, səhnədəki rolundan danışan tanınmış müğənni gənc müğənnilərin məclislərə geyindiyi geyimləri də tənqid edib:
“Bu gün həmişə geyindiyim kimi geyinmişəm. Ancaq mən heç vaxt tədbirə, efirə, konsertə bu cür geyinmərəm. Elələri var ki, məclisə dizəcən kofta geyib gəlirlər. Hər şeyə fərqli yanaşırlar, guya bunlar müasirdirlər. Ancaq belə deyil”.

