Sifonu çəkdilər, tualetdən yüzlərlə avro çıxdı
05.03.2020 12:14İsveçin Cenevrə şəhərində cırılıb tualetlərə atılmış minlərlə avro aşkar edilib.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, polis UBS bankı və ətrafındaki üç restoranın tualetində tapılan 500 avroluq banknotların qanunsuz işlərdə istifadə olunub olunmadığını araşdırır.
Verilən açıqlamada pulun ispan bir qadına aid olduğundan şübhə duyulduğu da bildirilib.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı qanunsuz işlərin fəaliyyətini asanlaşdırdığını əsas gətirərək 500 avroluq banknotları 2018-ci ilin sonunacan tədavüldən çıxaracağını açıqlamışdı.
Vəsilə İbrahim

