Silah anbarındakı partlayış zamanı xəsarət alan 6 nəfərdən xəbər var – VİDEO
05.03.2020 12:14Hadisə baş vermiş ərazidən təxliyə olunmuş əhali hazırda daimi yaşayış yerlərinə qayıdır
Об этом сообщает Руспрес
Bu gün saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.
Saytımızın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.
Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib.
Hadisə baş vermiş ərazidən təxliyə olunmuş əhali hazırda daimi yaşayış yerlərinə qayıdır.

