Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Silikon qurbanı olan tibb bacısından xəbər var

05.03.2020 12:14

Adanada özünü həkim kimi təqdim edən kişi saç ustasına silikon qoydurduqdan sonra dodaqlarının kəsilməsi təhlükəsi ilə üz-üzə qalan Merve Keleş artıq yaxşılaşmağa başlayır.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, dodaqlarına qalıcı silikon qoydurduqdan sonra tərkibi bəlli olmayan maddəyə gənc qızın bədəni əks reaksiya verib. Həkimlər isə aparılan müalicə müsbət nəticə vermərsə, qızın dodaqlarının kəsiləcəyini demişdi.

Artıq xeyli müddətdir ki, gənc tibb bacısı xəstəxanada qalaraq dodaqlarının kəsilməməsi üçün müalicə alır. Ötən gün Merve sosial media hesabından  dodaqlarının şəklini paylaşıb. Merve “yaxşılaşıram, evə gedəcəyim günü isə səbrsizliklə gözləyirəm” mesajını qeyd edib.