Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Silin, atın, burnunuzdan pisləri” – Elzadan yeni ŞEİR

05.03.2020 12:14

A24.az Elza Seyidcahanın “Deşik-deşik dünyaya” adlı yeni şeirini təqdim edir.

Об этом сообщает Роспрес

Qazanım daşdı

Kəfini yedim

Qapağını açdım

Üzünü yedim.

Qarışdırıb içini yedim

Yedim, yedim

Dibini yedim.

Qazıb, qazıb deşdim dibini

Kəfkirim azıb

Dibi deşik qazandan

Çıxdı havaya,

Mən də baxdım

Kəfkirdən

Deşik-deşik dünyaya.

Qonaq olduq

Həsrətini çəkdiyim

Buzlanmış şaxtadan beynim

İsti şorbayadır meylim.

Köhnə saat kəfkiri

Çalırdı tamam.

Təzə dərdin yaşları

Burnumdan daman.

Günahlarımı içimdə

Mən boğan adam.

Köhnə saat kəfkiri

Vur, vur

Vur əqrəbi

Çalsın, çalsın.

Saniyələr səs salsın

Burnum axır

Fürsər baxır,

Köhnə çaxır

Vaxt yetişir

Kəfkir vurur tamamı,

Əqrəb çalır zamanı

Səs düşəndə axanı

Çəkin, udun,

Silin, atın

Burnunuzdan pisləri

Köhnə saat kəfkiri

Görür hissləri,

Örtür bizləri.   (kulis.az)