Şimali İraqın parçalanmasında maraq güdənlər kimlərdir? – TƏHLİL – VİDEO
05.03.2020 12:14Bildiyimiz kimi Şimali İraqın kürd xalqı çətin bir qərarla qarşı-qarşıya qoyulub.
Об этом сообщает Роспрес
Saytımızın verdiyi məlumata görə, Amerika ilə İsrailin planı olduğunu deyən Ardan Zentürk ABŞ-ın Ərbildə dünyadakı ən böyük ikinci səfirliyinin binasını inşa etdiyinə böyük diqqət çəkib. Zentürk qalmaqallı referendumun əvvəlcədən planlaşdırıldığını ifadə edib:
“Vaşinqton bəlkə də bu gün deyil, amma 4 ildən sonra Ərbildə böyük səfirliyə sahib olacaq. İnşaası davam edən bu bina işin simvoludur. 600 milyon dollarlıq maddi dəyərə malik olan binanın 4 il ərzində bitirilməsi planlaşdırılır. Bina Ərbil-Şaklava yolu üzərində 200 min kv.metrlik sahədə yer alacaq. Dünyada ən böyük ikinci səfirliyi olacaq bu bina ABŞ-ın Ermənistanda yerləşən səfirliyindən də böyükdür. Tikintisi qurtarandan sonra şəkillərdə göstərilən həmin bina böyüklüyü ilə diqqətləri üzərinə çəkəcək. Dərdim Bərzani ilə deyil, onu, təkcə bölgədəki deyil, bütün kürt coğrafiyasında olan məsum, yaşamağa çalışan kürdləri çətin vəziyyətə sürükləyən qərarlara təşviq edənlərlədir”.
Zəntürk ABŞ ilə İsrailin bütün bu hadisələri əvvəlcədən planlaşdırdıqlarını bildirib:
“Hazırda dünya qarşımızda dimdik vəziyyətdədir. Bizdən gözlədikləri bir şey var: geriyə addım atmağımız. Bizdən imperializmlə uzlaşmağımızı və qədərimizə razı olmağımızı istəyirlər. Olmayacaq… Türkiyə Silahlı Qüvvələri dərhal bu gün ABŞ-nin dəstəyi ilə Suriya torpaqlarında meydana gələn PKK bölgəsi ilə eyni gücün dəstəklədiyi Bərzani bölgəsinin birləşdiyi nöqtəyə daxil olub iki bölgə arasındakı keçid sərhədlərini nəzarət altına almalıdır. İmperializm sərhədlərimizi təhlükə altına atmaqda qərarlıdır. Cavabını vermək məcburiyyətindəyik. Biz burdakı göbək bağımızı özümüz kəsəcəyik, bu bəllidir. Gerisini Vaşinqtonla Tələvivdəkilər düşünsünlər…”
Firuzə Alimova / MTM

