Şimali Koreya dünyanı ayağa qaldırdı: 6-cı nüvə silahını ata bilər – VİDEO
05.03.2020 12:14Amerikan mediasında yer alan xəbərlərə görə, kosmosdan çəkilən görüntülər dünyanı bir xeyli düşündürüb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, görüntüləri “New York Times” qəzeti yayımlayıb. 22 yanvar və 28 mart tarixlərində çəkilən şəkillərə görə, Şimali Koreya 6-ci nüvə silahının sınağını həyata keçirə bilər. Mütəxəssislərin dediklərinə görə, bu fotoşəkillər Şimali Koreyada ciddi hazırlıqlara işarə edir. Çünki bu bölgə Pyongyangın daha əvvəl 5 nüvə silahlarının sınağını həyata keçirtdiyi yerdir.
Son dövrlər yer altında yerləşən bu sahə daha da böyüyüb. Hazırda həmin yer futbol sahəsi böyüklüyündədir. Lakin son aylar həmin sahədə qazıntı işləri yavaşıyıb. Bu isə mütəxəssislərin fikrinə görə, Şimali Koreyanın növbəti sınaqlara hazır olduğuna işarə edir.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

