Şimali Koreya yenidən raket sınağı həyata keçirdi
05.03.2020 12:14Şimali Koreyanın yenidən raket atdığı xəbəri yayılıb.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya yenidən raket sınağı həyata keçirib. Yapon mediasının xəbərinə görə, Şimali Koreyanın atdığı raket Yaponiyanın şimal tərəfindən keçərək Sakit okeana düşüb.
Yapon hökuməti həmin bölgənin əhalisini sığınacaqlara çağırıb. Yaponiya Təhlükəsizlik Şurası bu gün toplanacaq. Cənubi Koreya prezidenti Moon Jae Təhlükəsizlik şurasının təcili toplanacağını açıqlayıb.
Vəsilə İbrahim // A24.Az

