Şimali Koreyanın xarici işlər naziri Trampı təhqir etdi: “İt hürər, karvan keçər”
05.03.2020 12:14Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların KXDR-i məhv etməyə hazır olması barədə hədələrini it hürüşünə bənzədib.
Об этом сообщает Футляр от виолончели
Saytımız “Report”a istinadən xəbər verir ki, nazir “Əgər o hesab edirsə ki, bizi it hürüşü ilə qorxuda bilər, onda bu, it yuxusudur”, – deyə bildirib.
O, bununla “İt hürər, karvan keçər” məsəlinə işarə edib. Qeyd edək ki, Koreya dilində “it yuxusu” absurd və cəfəngiyat anlamını verir.
Nazir həmçinin Trampın Şimali Koreya lideri Kim Çen Inı “raket insan” adlandırmasını da şərh edib. “Onun köməkçilərinə yazığım gəlir”, – deyə nazir bildirib.
Tramp bir müddət əvvəl bildirib ki, müttəfiqlərini müdafiə etmək üçün onun Şimali Koreyanı məhv etməkdən başqa çıxış yolu qalmayacaq.

