Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sinif valideyn iclasları necə təşkil olunmalıdır? – Sinif rəhbəri-valideyn əlaqələri – TƏHLİL

05.03.2020 12:14

Hər bir valideyn övladının ağıllı, savadlı, müəllimlərin sevimli şagirdi olmasını arzulayır. Təbii ki, beş barmağın beşi də bir deyil. Valideynlərin çoxu üçün sinifdə təşkil edilən valideyin iclasları dözülməz keçir. Hətta bəziləri bu iclaslarda iştirak etmək istəmirlər. Bunun səbəbi nədir? Azərbaycan məktəblərində siniflərdə valideyn iclasları düzgün təşkil edilirmi? Övladı zəif nəticə əldə edən valideynlərin iclasdan başıaşağı çıxmaması üçün nələr edilməlidir? 

Об этом сообщает Роспрес

A24.Az təhsil eksperti Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru “Aztehsil.com” saytının rəhbəri Elşən Qafarovla birlikdə bu suallara aydınlıq gətirməyə çalışacaq.

E. Qafarovun fikrincə, sinif valideyn iclaslarını təşkil edərkən sinif rəhbərləri valideynləri sinfin təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla, ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və valideynlərə xəbərdarlıq edir. “Hər bir valideyn övladı haqqında məlumatları ayrı-ayrılıqda əldə edə bilər. Praktikadan göründüyü kimi, valideynlərin çoxu (xüsusilə də zəif oxuyan şagirdlərin valideynləri) sinif valideyn iclaslarında iştirak etmir və ya zəif iştirak edir. Bunun əsas səbəbi sinif rəhbərlərinin sinif valideyn iclaslarında qeyri-peşəkar davranışları, valideynlər qarşısında zəif nəticə göstərən valideynləri aşağılamalarıdır (“sənin uşağın oxumur”, “tərbiyəsizdir” “problem yaradır” və s), nəticə isə göz qabağındadır”.

Bir anlıq özümüzü o valideynlərin yerinə təsəvvür edək

Sinifdən-sinfə keçdikcə sinif valideyn iclaslarında iştirak edən valideynlərin sayı azalır.  Ekspert qeyd edir ki, I-IV siniflərdə keçirilən sinif valideyn iclaslarında iştirak edən valideyinlərlə V-VII, VIII-IX, X-XI siniflərdə olan valideyn iclaslarında iştirak edən valideynlərin say nisbətini müqayisə edəndə,  deyilənlərin öz təsdiqinin tapdığını görürük.

Sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideynlərə iclasın sonunda şəxsən, təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini digər şagirdin valideynlərinin yanında müzakirə etməməlidir. Bu pedaqoji cəhətdən yol verilməzdir. Yalnız müxtəlif yarışmalarda və müsabiqədə fərqlənən şagirdlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə məqsədi güdməlidir. Bir şagirdi tərifləmək, digərlərini aşağılamaq düzgün deyil”.

İclas apararkən sinif rəhbərinin funksiyaları

Sinif rəhbəri fərdi qəbul etdiyi valideynlərlə müzakirənin qısa və mənalı olması üçün qeydiyyat dəftərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə valideyni tanış etməlidir.

“Sinif rəhbəri unutmamalıdır ki, valideynlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır. Sinif rəhbəri ilə danışan valideyn məktəbi təmsil edən, yüksək savadlı və yüksək səviyyəli ziyalı və pedaqoqla danışdığını, işini sevən, bütün çətinliklərinə baxmayaraq sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu hiss etməlidir. Valideyn kim sosial vəziyyətinin necə olmasından asılı olmayaraq o valideyndir, övladının təlim-tərbiyəsini bizlərə əmanət edən vətəndaşdır.

Sinif valideyn iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti, gülərüzlülüyü, hər bir valideynə eyni münasibəti ilə valideynlərin diqqətini cəlb etməlidir.Valideynlər arasında təşkilatçılıq qabiliyyəti olanları seçməyi, təşkilati məsələlərdə həmin valideynlərin bacarığından istifadə etməyi bacarmalıdır”.

Ekspert qeyd edir ki, burda yenə bütün iş sinif rəhbərinin profesionallığından asılıdır. “Sinif rəhbəri ünsiyyətdə olduğu hər bir valideynlə münasibət qurarkən dövlət məmuru olmasını, işlədiyi məktəbi təmsil etdiyini, peşə şərəfinin hər şeydən uca olmasını unutmamalıdır. Valideynlərlə fərdi söhbət zamanı sinif rəhbəri, münaqişələrdən yan keçməyi, valideyni məktəbə qarşı münasibətdə düzgün münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır”.

E.Qafarov valideynlərin bəzilərinin həyatda rastlaşdıqları sosial problemlərin səbəblərini  məktəbdə görmələrindən təəssüfləndiyini bildirir.

“Valideynlərin aqressiyalarını məktəbə, müəllimə qarşı yönəltməsi ağlasığmazdır. “Məhz belə valideynlərlə ilk işi sinif rəhbəri qurur.Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi ilə yanaşı yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını təşkil edir.

Sinif valideyn iclasınının sonunda növbəti valideyn iclasının mövzusu elan edilir. Valideynlərlə razılaşdırılır, təklifləri nəzərə alınır.

Sinif rəhbəri sinif valideyn iclasının pratakolunun bir nüsxəsini və iclas haqqında şifahi ( yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə (Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir”.

Vüsalə Əlövsətqızı