Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sinifdə qalan şagirdlər imtahan verəcək – Vaxtları

05.03.2020 12:14

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən A24.Az-a  verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.
Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Об этом сообщает Футляр от виолончели