Siqaret vermədi, ürəyinə bıçaq soxdular, sonra da döydülər
05.03.2020 12:15Türkiyədə gənc oğlan siqaret vermədiyinə görə, bıçaqlanıb.
Об этом сообщает Футляр от виолончели
A24.az-ın hurriyet.com-a istinadən məlumatına görə, hadisə Bakırköy Küçükçekmece Gölü yaxınlığında baş verib. Mustafa Mert Peker öz dostları ilə parkda oturarkən onlara 3 nəfər yaxınlaşaraq siqaret istəyib. “Yoxdur” cavabı alan şəxslər skamyanın üzərindəki siqareti göstərərək “bəs bu nədir?” – deyib. Daha sonra şəxslər arasında mübahisə yaranıb.
Ö.O, Semih Karaal Mustafa Mert Pekerin qarnına yumruq atıb. Ö.O dava zamanı cibindən bıçaq çıxararaq Mustafa Mert Pekerin ürəyinə soxub. Yanında olan iki şəxs də bıçaqlanmadan sonra Karaal Mustafa Mert Pekeri döyüblər.
O, hadisə yerindəcə keçinib.
Faktla bağlı polis araşdırma aparır.
Elvin Paşazadə

