Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Siqareti tərgitmisiniz? Onda bu qidaları mütləq yeyin

05.03.2020 12:15

Bu qidalar nikotini bədəndən təmizləyir

Об этом сообщает Руспрес

Siqaret çəkən insanların bədənində toplanan nikotin illərlə orqanizmdə qalır və fəsadlara səbəb olur.  Ancaq bəzi qidalarla bədəndən nikotini təmizləmək mümkündür.

Su

Əlbəttə susuz həyat olmaz. Suyun bədəndəki nikotinin atılmasında da böyük faydası var.  Əgər az su içirsinizsə bədəndə hüceyrə yenilənməsi ləng gedir və nikotinin bədəndən ifraz olunması çətinləşir.

Yerkökü

Çox siqaret çəkən insanların bədənində nikotin 3 gün qalır.  Onun zərərli təsirlərinə qarşı yerkökü suyu içmək məsləhətdir. Yerkökü suyu dərinin yenilənməsinə kömək edir. Siqaretin təsiri ilə dərinin tez qocalmasının da qarşısını alır.

Gicitkən

Gicitkən bitkisinin tərkibində bol miqdarda dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddələr var. Gicitkən otunun köməyi ilə bədəndəki nikotindən qısa zamanda xilas olmaq mümkündür.

Zəncəfil

Zəncəfil də nikotini bədəndən təmizləyən ən faydalı bitkidir. O,eyni zamanda ağ ciyərləri təmizləyir, siqaretə olan istəyi də azaldır.

Kivi

Kivi də nikotinin təsirini azaldır, bədəndən təmizlənməsinə kömək edir.