“Şirin”, “sərçə” deyib könüllərini ala bilərsiz, amma… – Balacaboy qızların yaşadığı çətinliklər
05.03.2020 12:15Nə qədər “şirin”, “balacam”, “bir qucaqlıq sevgilim”, komplementləri eşitsələr də balacaboy qızların dərdləri çox böyükdür. Aşağıda qeyd olunları oxuduqda da yalnız onlar ah çəkəcək. Bəlkə də güləcəklər. Çünki artıq bu vəziyyətlərə alışıblar.
Об этом сообщает Руспрес
Beləliklə A24.Az yalnız balacaboy qızların yaşadığı çətinlikləri təqdim edir.
- Aşağıdan kəsdirmədiyiniz və ya qatlamadığınız paltarınız demək olar ki, yoxdur.
- Bəzən sensorlu qapılar belə sizi tanımaz. Şüası boyunuza hesablanmadığından qapının ağzında çırpınar, tullanarsız.
- Metronun əsas tutacağına əliniz çatmadığından tutmadan getməyin manifestini yazmısınız.
- Kollektiv foto çəkdirmək məşəqqətdir. Ən çox da uzunboyluların yanına düşərsiz. (Bəzən də özləri qəsdlə yanınızda olar.)
- Boyunuzla bağlı edilən bütün zarafatlara kompleksli olmadığınızı sübut etmək üçün gülmək məcburiyyətinda qalarsız.
- Qarşınızdakı nəzakət göstərib əyilməsə görüşüb-öpüşmək üçün salto atmaq qədər absurd xəyallar qurarsız.
- Qıçlarınız da uzun olmadığıdan uzunboylu sevgiliniz gəzərkən (adətən uzunboylu olur

