Bu şirkətlər bağlansa da, gündəmdən düşmür – ANALİZ, ÖZƏL
05.03.2020 12:15Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi sığorta şirkətləri ilə aprel ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1631 xəbər yerləşdirilib. Bunlardan 1608-i neytral, 23-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Dövlət Sığorta Kommersiya Şirkəti (9 xəbər – sığorta şirkətindən şikayət, ordudan əlil qayıdan gəncin pulunu vermir), Atəşgah Həyat Sığorta (6 xəbər – sığorta şirkətinin kitabı bağlanmaq üzrədir), Atəşgah Sığorta (6 xəbər – sığorta şirkətinin kitabı bağlanmaq üzrədir). Aprel ayında elektron mətbuatda sığorta şirkətləri haqqında müsbət xəbər verilməyib.
Xəbər sayına görə sıralama:
| 1 | Dövlət Sığorta Kommersiya Şirkəti | 364 xəbər |
| 2 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 172 xəbər |
| 3 | Paşa Sığorta | 136 xəbər |
| 4 | Paşa Həyat Sığorta | 119 xəbər |
| 5 | Atəşgah Sığorta | 98 xəbər |
| 6 | Standard İnsurance (Sığorta) | 87 xəbər |
| 7 | ATA Sığorta | 77 xəbər |
| 8 | Atəşgah Həyat Sığorta | 68 xəbər |
| 9 | AXA MBASK Sığorta | 63 xəbər |
| 10 | AzSığorta | 62 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 89 neytral xəbər dərc edilib. Aprel ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
| 1 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 20 xəbər |
| 2 | Dövlət Sığorta Kommersiya Şirkəti | 18 xəbər |
| 3 | Paşa Sığorta | 10 xəbər |
| 4 | ATA Sığorta | 5 xəbər |
| 5 | Paşa Həyat Sığorta | 5 xəbər |
| 6 | Atəşgah Sığorta | 3 xəbər |
| 7 | A-Qroup | 2 xəbər |
| 8 | Bakı Sığorta | 2 xəbər |
| 9 | Günay Sığorta | 2 xəbər |
| 10 | AzSığorta | 2 xəbər |
Aprel ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 15 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 11 xəbər |
| 2 | Paşa Həyat Sığorta | 2 xəbər |
| 3 | Beynəlxalq Sığorta Şirkəti | 1 xəbər |
| 4 | Paşa Sığorta | 1 xəbər |

