Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şirvan sakini narkotik vasitəni həbsxanaya bu yolla keçirmək istədi – ŞALVARININ…

05.03.2020 12:15

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilənəməliyyat-axtarış tədbirləri nəticəsində penitensiar müəssisələrə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
A24.Az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 221.3 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucov Vüsal Akif oğlunun yanına qısamüddətli görüşə gəlmiş Şirvan şəhəri sakinləri Qəhrəmanov Xəyal Səmədağa oğlu və Abışov Müşfiq Vidadi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın tikişində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə xalis çəkisi 0.08 qram olan narkotik vasitə – metadon aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.

Об этом сообщает Роспрес