Şirvanda film kimi oğurluq – Ananı boğmaq istədi, oğlunu bıçaqladı
05.03.2020 12:15Evə girən oğru ev sahiblərinə xəsarət yetirib. Hadisə Şirvanda qeydə alınıb. A24.Az xəbər verir ki, yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Об этом сообщает Руспрес
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.
Faktla bağlı araşdırma aparılır.

