Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Siyasətçi Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanı günahlandırdı: “Üstümüzə düşüb deyir ki, Ermənistanla sərhəddi açmayın” – VİDEO

05.03.2020 12:15

Türkiyə kanallarından birində qonaq olan Professor Dr. Faruk Şen qonşuluqlarında olan ölkələrlə münasibətlərdən danışarkən Azərbaycana görə Ermənistanla əlaqələrin kəsilməsi, sərhəddin açılmamasının düzgün olmadığını qeyd edib.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, söhbət zamanı siyasətçi Türkiyənin atması vacib olan addımlardan birinin Ermənistanla münasibətlərinin düzəldilməsi olduğunu deyib və Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərlə diqqətləri üzərinə çəkib:

“Bakı-Tbilisi-Qars dəmir yolu hazırlanarkən Türkiyənin unutduğu bir şey var. Türkiyənin Ermənistanla münasibətlərini düzəltməsi şərtdir. İndi qonşumuz Azərbaycan Türkiyənin üstünə düşüb və qətiyyətlə deyir ki, Ermənistanla sərhəddinizi açmayın, münasibətlərinizi düzəltməyin ki, bizim torpaqlardan çəkilsinlər. Qüsura baxmayın, amma dünyanın heç bir ölkəsində, real siyasətdə müharibə yolu ilə alınan torpaqlar savaşmadan geri verilməz. Azərbaycanlılar Dağlıq Qarabağda heç silah atmadan, Bərzaninin əsgərləri kimi tanklarını tərk edib getmişdilər. Ermənistan da torpaqları ələ keçirmişdi. İndi də sərhəddi açmayın deyirlər. Türkiyə ilə Ermənistan arasında sərhəd açıqdır. Sərhədlər sadəcə quru sərhəddi deyil, hava sərhəddi də var.

Bura gəlməzdən əvvəl araşdırdım, “Atlas” hava yolları gündə bir dəfə, erməni hava yolları isə gündə iki dəfə Türkiyəyə uçur. Bizdə nə qədər qaçaq ermənilər var. Türkiyə sərhədlərini açarsa, qarşıdurmalar azalarsa, Türkiyə-Ermənistan münasibətləri yumuşalarsa, bu gün başımıza bəla olan erməni diasporaları Türkiyəni çox sıxışdırmaz”.

Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM