Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Siyavuş Novruzov: “İndi də “halal hotel” reklam edirlər – hotel kolbasadır ki?”

05.03.2020 12:15

Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır.

Об этом сообщает Футляр от виолончели

“A24az”ın Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük”.

S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: “Ancaq orada nə niyyətlə, necə qaldıqlarını heç kim bilmir. Evi kirayəyə verən heç onların pasportlarının surətini də tələb etmir”.

Novruzov həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: “İndi də “halal hotel” reklam edirlər. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: “Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq”.