Siyəzəndə sürüşmə: sakinlər təşviş içindədir
05.03.2020 12:15Sürüşmə Siyəzənin Sədan kəndində baş verib.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, zərər çəkən evlərin siyahısı 50-yə çatıb. Rayon İcra Hakimiyyətinin Sədan kənd inzibati ərazi dairə nümayəndəsi Fərid Zeynalov evlərə baxış keçirildiyini bildirib. Müvafiq qurumların 3 evin tikintisi üçün qərar qəbul etdiyini vurğulayıb. Nümayəndə bildirib ki, zərər çəkmiş evlər yaxın günlərdə sakinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində tikinti-bərpa işlərini davam etdirirlər. Xatırladaq ki, 5 il əvvəl başlayan sürüşmə ilə əlaqəli olaraq Sədan kəndində 27 ev zərər çəkmişdi. Hal-hazırdakı vəziyyət iki qatı səviyyəsindədir.

