SOCAR-da bir milyardlıq yeyinti – Məmurların kütləvi həbsləri başlanacaq?
05.03.2020 12:15Ölkədə bahalaşma fonunda yanacağın da tariflərinin artırılmasının ehtimal edilən səbəbləri məlum olub.
Об этом сообщает Руспрес
A24.az bildirir ki, bu bahalaşma hansısa iri dövlət konsernlərinin külli-miqdarda xərcləmələrinə dayanır.
Məsələn, iqtisadçı Qulu İbrahimli bildirir ki, SOCAR-ın bu ilin əvvəlinə 32 milyard manat borc öhdəliyi olub və bunun da 17,4 milyardı (55%-i) bu ilin sonunadək ödənməlidir: “Hardan? Vəziyyəti çox mürəkkəbdir. Mətbuat SOCAR-ın hesabatı barədə fikirlərə diqqət etmir”.
SOCAR neft pullarını yedi – SOCAR-da həbslər başlanacaq?
İqtisadçı Azərbaycanda benzinin qiymətinin bir gecədə bahalaşmasının səbəbini də izah edib.
A24.Az xəbər verir ki, iqtisadçı ekspert fakt nümunə gətirərək qeyd edib:
“SOCAR-ın 2016-cı il audit olunmuş maliyyə hesabatındandır. Rənglədiyim sətirdəki müəmmalı 1,3 milyard (1292 milyon) manat rəqəm barədə kitab yazmaq olar. Bu rəqəm və hesabatda uyğunsuz, qəribə şəkildə əks olunması barədə fikirlərimi ətraflı yazacağam”.
İqtisadçı qarşıdakı günlərdə həbslərin başlayacağını bildirib. “Benzinin heç bir əsas olmadan indiki qiymətə qalxması 2015-in 21 fevral devalvasiyası və ondan sonra MTN, Beynəlxalq Bank və Rabitə Nazirliyi ətrafındakı həbsləri xatırladır. Mövcud qiymət artımı SOCAR-dakı vəziyyətin ciddiliyini göstərir. Mütəxəssislərə onun son maliyyə hesabatından hər şey aydındır. Benzinin qiymət artımı qərarı isə kütləni də məlumatlandırır”.

