Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SOCAR Türkiyə: İndiyə qədər Türkiyəyə qoyduğumuz sərmayələrdən heç pul qazanmamışıq…

05.03.2020 12:15

“SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev TANAP-ın bitməsi ilə Türkiyədə təbii qaznın qiymətlərinin ucuzlaşa biləcəyini bildirib.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Vaqif Əliyev SOCAR-ın Petkimi Türkiyədən satın aldıqları zaman  dəyərinin iki misli qədər pul verdiklərini bildirərək “Çünki biz Türkiyə sərmayələrində strategiya gördük. Əlimizi daşın altına qoyduq. İndiyə qədər Türkiyəyə qoyduğumuz sərmayələrdən heç pul qazanmamışıq. Lakin davamlı sərmayə qoyuruq. 9 ildir Türkiyədə sadəcə gələcək üçün işləyirik” deyib.

Bakıda keçirilən və SOCAR-ın sponsorluğu ilə keçirilən 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxış edən Vaqif Əliyev TANAP-ın tamamlanması ilə Türkiyədə təsərrüfat sahələrinin istifadə etdiyi təbii qazın qiymətlərinin də ucuzlaşa biləcəyini ifadə edərək “Azərbaycan qazı hər zaman ucuzdur” deyib.

Daha sonra Vaqif Əliyev yeni petro kimya sənaye parkının qurulması üçün Türkiyənin təşviqinin əhəmiyyətli olduğunu bildirib.

Firuzə Alimova