Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SOCAR yeddi neft tankeri aldı

05.03.2020 12:15

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

Об этом сообщает Руспрес

Saytımız “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Trading SA” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: “Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir”.

Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan “Suetsmaks” və 5 ədəd 80 min tutumlu “Aframaks” sinifli tanker əldə edib.

A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb. (APA-Economics)