Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ŞOK HADİSƏ! 57 yaşlı qadın ərini tövlədə gəlini ilə tutdu

05.03.2020 12:15

Məhəmməd Qısa 2 mərtəbəli evinin yuxarı qatında ölü tapılıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, cinayət törətdiyinə görə, polis tərəfindən saxlanılan 5 uşaq anası Huriyə Qısa həyat yoldaşının ölümü ilə bağlı məhkəmədə ifadə verib. O bildirib ki, gəlini M. Qısa 11 il öncə onlara gəlin gəlib.

“O gəldikdən sonra ərimin mənə olan davranışları dəyişib. Tez-tez vanna otağına gedib çimirdi. Hadisə günü üst mərtəbədən səslər gəlirdi. Gördüm ki, ərim yenə hamam otağındadır. Odun parçası ilə başına vurdum. Sonra da aşağı mərtəbəyə endim”.

Növbəti iclasda  isə 57 yaşlı qadın 63 yaşlı ərini öldürməsini inkar edib: “Bir il öncə ərim və gəlinimi tövlədə uyğunsuz vəziyyətdə yaxaladım. Şok oldum. Axşam ərim də, gəlinim də mənə qarşı kobud davranırdılar. Həyat yoldaşıma “yanlış yoldasan, başını əzərlər” dedim. Bu zaman gəlinim bıçaqla üstümə cumdu. Oğlum bu vəziyyəti sezdi. Hadisədən 2-3 gün öncə oğlum Ergin ilə ərim dalaşdı. Daha sonra mənə “atamı öldürəcəyəm, günahı da sən öz boynuna götürərsən” dedi.

Həmin gün Ergin üst mərtəbədən aşağı endi. Bulaqda əlini yudu və otağına getdi. Sonra ərimin öldüyünü öyrəndim. Həbsə girdikdən 15 gün sonra özümə gəldim. Ana olduğum üçün günahı öz üzərimə götürmək istədim. Ərimlə oğlum heç yola getmirdi, oğlumun cinayəti törətdiyini düşünürəm”.

Məhkəmə zalında dindirilən Ergin Qısa anasından şikayətçi olduğun bildirib. Evin gəlini M.Q. da açıqlayıb ki, qaynanası ona şər atır.