ŞOK İDDİA! Azərbaycan “Rolls Royce”dan rüşvət alıb
05.03.2020 12:15ABŞ Ədliyyə Nazirliyi İngiltərənin avtomobil istehsalçısı olan “Rolls Royce”un xarici hökumət nümayəndələrinə rüşvət verdiyi iddiası ilə 3 ölkəyə 800 milyon dollar ödəyəcəyini açıqlayıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, nazirlikdən verilən açıqlamaya görə, “Rolls Royce” ABŞ, İngiltərə və Braziliya hökumətlərinə ümumilikdə 800 milyon dollar pul cəzası ödəməyi qəbul edib.
Sözügedən rəqəmin təqribən 605 milyon dollarının İngiltərəyə, 170 milyon dollarının ABŞ-a, 25 milyon dollarının isə Braziliyaya ödənəcəyi bildirilib. Adı keçən 3 ölkədəki korrupsiya ilə mübarizə güclərinin həyata keçirdikləri istintaq nəticəsində şirkətin 2000-2013-cü illər dövründə xarici ölkələrin səlahiyyətli şəxslərinə tender qarşılığında 35 milyon dollar rüşvət verdiyi ortaya çıxıb.
“Rolls Royce”un ittihamları qəbul etdiyi ifadə edilən açıqlamada Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Anqola, Malayziya, Nigeriya və İraq hökumət nümayəndələrinin şirkətdən rüşvət aldığı qeyd edilib.
Qeyd edək ki, şirkətin London birjasında olan hissələri rüşvət qalmaqalından sonra 6 faiz dəyər qazanıb.

