Şok iddia: Katolik rahibləri kimsəsiz uşaqlara təcavüz edirmiş
05.03.2020 12:16Avstraliyada 1950-2015-ci illərdə xidmət göstərən Katolik kilsəsinin rahiblərinin 7 faizi uşaqlara təcavüz etməkdə günahlandırılır.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Katolik kilsələrdə 1950-2015-ci illərdə uşaqların cinsi istismara məruz qalmaları barədə məlumatların ortaya çıxmasından sonra ötən il “Uşaq Cinsi İstismarına Korporativ Cavablar” adı ilə əldə edilən hesabat açıqlanıb.
Hesabat üzərində işləyən vəkil Gail Furness Sidneydə təşkil edilən mətbuat konfransında sözügedən illərdə katolik kilsələrində xidmət göstərən rahiblərin 7 faizinin uşaqlara təcavüz etməsi barədə məlumatlara rastladığını açıqlayıb.
Cinsi istismara məruz qalan qurbanların hekayələrinin faciəvi bir şəkildə bənzər olduğunu söyləyən Furness “Kilsələrdəki rahiblər və din xadimləri başqa yerə köçdülər, yeni camaat və xalq isə onların keçmişi haqqında bir şey bilmirdi”, – deyə bildirib.
1980-2015-ci illərdə 4 min 444 uşağın cinsi istismara məruz qaldığını bildirən Furness təcavüz hadisələrinin ortaya çıxmasının təqribən 33 il davam etdiyini deyib. Furness, təcavüzə məruz qalan 4 min 444 uşaqdan 10,5 faizinin qız, 11,5 faizinin isə oğlan uşaqları olduğunu qeyd edib.
Lakin hadisələrin ən pis tərəfi kimsəsiz və müdafiəyə ehtiyacı olan uşaqların təcavüzə məruz qalmasıdır.

