Osmanlı daş əlyazmaları Kəbənin ətrafına yenidən qoyuldu
05.03.2020 12:16Səudiyyə Ərəbistanı tərəfindən Harəmi-Şərifi genişləndirmək üçün görülən hazırlıq işləri ərəfəsində Kəbənin ətrafından sökülən Osmanlı daş əlyazmaları Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da müdaxiləsi ilə yenidən yerlərinə qoyulub.
Об этом сообщает Футляр от виолончели
Saytımız “timeturk.com”a istinadən xəbər verir ki, artıq yaxın günlərdə Həcc və Ümrə üçün müqəddəs torpaqlara ayaq basacaq müsəlmanları təmir edilmiş həmin Osmanlı daş hörgüləri qarşılayacaq.
Təqribən 4 il əvvəl Kəbəni genişləndirmək məqsədi ilə təmir işləri başlayan zaman sökülən Osmanlı hörgülərin Səudiyyə hökuməti tərəfindən yerinə qoyulmayacağı barədə söz-söhbət gəzməyə başlamışdı. Yayılan söhbətlər dünya miqyasında da etirazla qarşılanmış və Türkiyəni də hərəkətə keçirmişdi. Bunu eşidən Rəcəb Tayyib Ərdoğan araya girərək buna mane olmuşdur.
Sökülmə işləri başlamazdan əvvəl Səudiyyə Ərəbistanından xüsusi heyət Türkiyəyə gələrək oradakı türk mütəxəssislər, tarixçilər və memarlarla görüşmüşdü. Daha sonra isə Türkiyədən Səudiyyə Ərəbistanına tərkibində memar, mühəndis və tarixçilərin olduğu 200 nəfərlik qrup gedərək, tarixi əsərlərin əsli saxlanaraq təmir edilmiş və yerinə yenidən qoyulmuşdur.
Daş yazıların qorunması zamanı aparılan danışıqlar belə başlayıb:
Səudiyyə Ərəbistanı mütəxəssisləri türklərə zəng edərək, “niyə bizə zülm edirsiniz. Qədim daşlarla bizi məşğul etməyin, ataq onları getsin” deyiblər. Bu yanaşmanı masa ətrafında necə qarşılayacağımızı düşərkən, Rəcəb Tayyib Ərdoğan telefonla zəng etdi. Bu arada biz toplantıya ara verdik. Ərdoğan Səudiyyə Ərəbistanı mütəxəssisləri ilə danışıqların nə yerdə olduğunu soruşdu, “Mən isə, hal-hazırda onlarla danışırıq” dedim. Telefonu yerə qoyduqdan sonra Suudi firmasının mütəxəssisi kiminlə danışdığımızı soruşdu. “Baş nazirimiz Ərdoğan layihəni və Osmanlı hörgülərinin necə qorunacağını soruşdu” deyə cavab verdik. Suudi mütəxəssisi bir an durdu və masadakılara “toplantı bitmişdir” dedikdən sonra mənə “iş sizindir, Osmanlı daş yazılarının sökülüb qorunacağını ilə bağlı sözləşməni imzaladıq” deyib.
Qeyd edək ki, Kəbə ətrafında olan hörgülərin hazırlanması Sultan II Səlimin hakimiyyəti zamanı başlayıb və oğlu Sultan III Muradın zamanında başa çatıb.

