Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SON DƏQİQƏ: Azərbaycanda ATIŞMA: Yaralılar var

05.03.2020 12:16

Şəmkir rayonunda silahlı insident olub.

Об этом сообщает Футляр от виолончели

A24.AZ xəbər verir ki, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus “Niva” markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.

Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

mənbə: istipress