Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Son günlərdə cəbhədə vəziyyətin gərginləməsində Lapşin amili – EKSPERTLƏR DANIŞIR

05.03.2020 12:17

Son günlərdə Ermənistan-Azərbaycan təmas xəttində vəziyyət gərginləşib. Azərbaycan ordusu erməni təxribatı nəticəsində iki şəhid verib. Cəbhədə vəziyyətin gərginləşməsi xarici bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından sonra daha da artdı. Erməni tərəfi də həm canlı qüvvəsini, həm də texniki vasitələrini itirdi. Həqiqətənmi, Lapşinin Azərbaycana ekstradisiya edilməsi erməniləri bu qədər qıcıqlandırıb?

Об этом сообщает Руспрес

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov A24.Az-a açıqlamasında bildirib ki, Azərbaycan haqqında yanlış informasiyalar verən, təhqir edən, onun dövlətçiliyinə, millətçiliyinə zidd olan hərəkətlər törədən və bunu etmək istəyən adam yerin dibində belə  olsa, Azərbaycan öz imkanları ilə onu ekstradisiya edəcək  və o, qanun qarşısında cavab verəcək.

“Lapşinin Azərbaycana ektradisiyası böyük bir diplomatik qələbədir. Bu addım qanunsuz şəkildə Ermənistan ərazisindan Dağlıq Qarabağa  daxil olmağın qarşısını həddindən artıq alacaq.  Bundan sonra hər adam ora risk  edib girə bilməyəcək.  Bu, çox böyük bir qələbədir.

Lapşinin ekstradisiyasından sonra cəbhədə gərginliyin artmasına gəlincə, ermənilər gərginliyi həmişə artırıblar.  Aprel döyüşlərindən sonra da vəziyyət kəskinləşib. Onların başqa çıxışları yoxdur. Ermənistan hakimiyyəti xalqını sakitləşdirmək istəyir- Cəbhə bölgəsində gərginlik  var, Ermənistan hakimiyyətinə qarşı çıxmayın.  Ermənistan dövlətində olan problemləri ört-basdır etmək istəyirlər.  Hakimiyyətin uzun olması üçün çalışırlar”.

Trend İnformasiya Agentliyinin baş direktor müavini, politoloq Arzu Nağıyev isə cəbhədə son günlərdə artan gərginliyin səbəbini A24.Az-a belə izah etdi:

“Dövlət səviyyəsində hər hansı bir görüş təşkil ediləndə, Azərbaycan hansısa uğura imza atdıqda, ermənilər cəbhədə təxribat törədirlər. Bu gün Sarkisyan hakimiyyəti həm Lapşin məsələsində, həm də bizim Avropa İttifaqı  ilə ikitərəfli əlaqələrin  müsbət  məcraya yönəldiyi istiqamətlərdə inkişaf etməsini  nəzərə alaraq sübut etməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsində hər hansı bir  irəliləyiş olmayacaq. Əsas problem ondan ibarətdir  ki, bu il Ermənistanda seçkilər ilidir. Hakimiyyətin əsas prioritetlərindən biri də Dağlıq Qarabağda müstəqillik elan etməkdir. Buna görə də onlar status-kvonu saxlamağa çalışırlar”.

Siyasi ekspert A.Nağıyev qeyd edir ki, Ermənistanda bu il keçiriləcək  seçkilərdə əsas məsələlərdən biri Dağlıq Qarabağa müstəqilliyin verilməsidir. “Məhz Cocuq Mərcanlı söhbətindən sonra onlar təmas xəttində müvafiq  sərhəd qurulmasına, bərkitmə işlərinin aparılmasına çalışırlar. Amma Azərbaycan ordusu buna imkan vermir. Ona görə də ermənilər müxtəlif təxribatlara əl atırlar.  Burada əsas məsələ Sarkisyanın hakimiyyətdə qalması, Qarabağ klanının  yenidən qələbə çalmasıdır.  Ermənilərin  3 istiqamətdə- Dağlıq Qarabağ münaqişəsinin həllində istər diplomatik, istər hərbi,  istərsə də  lobbiçilik səviyyəsində çalışdığı  odur ki, Rusiya bu işə qarışmasın.  Çünki məlumdur ki,  əsas açarlardan  biri də Rusiyadır.  Azərbaycan –İsrail, Azərbaycan- Türkiyə, Türkiyə-Rusiya  münasibəti  kontekstindən məsələni siyasiləşdirməyə çalışırlar. Bunun da axırı cəbhədə təxribatla nəticələnir. Hər iki tərəfdən  itki verilir. Onların canlı və texniki qüvvəsi  daha çox zərər görür”.

Vüsalə Əlövsətqızı