SON XƏBƏR: İdlib əməliyyatı başladı
05.03.2020 12:17Azad Suriya Ordusu İdlibdə əməliyyatlara başlayıb.
Об этом сообщает Роспрес
Əməliyyatda əsas hədəf “Heyet’ül Tahrir-i Şam” terror qruplaşmasını buradan çıxarmaqdır.
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Rusiya ilə ortaq əməliyyatlara hazır vəziyyətdədir.
İdlibdə təhlükəsiz zonalar yaradılması üçün sentyabrda Astanada razılığa gələn iki ölkə: Türkiyə şəhəriçi, Rusiya isə şəhərətrafı təhlükəsizliyi təmin etmək üçün 500 əsgər göndərilməsi üçün hazırlıqlarını tamamlayıb.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna bağlı “Hamza Bölüğü” ilk olaraq “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-dən təmizlənən Suriyanın şimalındakı bölgədən çəkilib dünən Hələbin şimalında “Bab-ı Selame” ilə Türkiyəyə girib.
Ardınca Hataya keçən bu birlik Reyhanlı yaxınlığındakı “Bab -ı Hava” sərhəd qapısından keçib İdlib yolunda irəliləyib.
Avtomatik silahlarla yola çıxan Suriya Ordusu üzvləri görüntülərini sosial mediada paylaşıblar.

