Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SOS: Metro və marşrutlarda gedişhaqqı bahalaşacaq – Dekabrda yeni tarifə hazır olun

05.03.2020 12:17

Yaxın gələcəkdə metro və marşrutların qiymətində artım gözlənilir.

Об этом сообщает Роспрес

Bu barədə A24.Az-a iqtisadçı Natiq Cəfərli məlumat verib.

“Metro ilə bağlı qəribə situasiya yaranıb. Artıq bir neçə ildir ki, “Metropoliten”in rəhbrəliyi deyir ki, çox ciddi ziyanla işləyir. Bir sərnişinin daşınma xərclərinin 50 qəpik civarında olduğunu söyləyirlər. Amma düşünmürəm ki, birdən-birə kəskin artım olsun. Çox güman ki, 10 qəpik civarında həm şəhər nəqliyyatında, həm də metroda artım ola bilər”.

Qiymət artımı nə vaxt baş tutacaq?

“Bu barədə dəqiq tarix deyə bilməyəcəm. Çünki bu Tarif Şurasının verəcəyi qərarlardan asılıdır. Bizdə adətən ənənə olaraq dekabrda qiymət artımı olur. Yəni əsasən dekabrda bu cür qərarlar verilir. Çox güman ki dekabrda Tarif Şurasına müraciətlər oluna, müəyyən addımlar atıla bilər”.

Nərmin Kərim, A24.Az