Sosial mənzil almaq istəyənlər, DİQQƏT! Bu iki sənəd mütləq olmalıdır!
05.03.2020 12:17“Aylıq ödənişin müəyyən edilməsi sosial mənzillərin tikildiyi həmin ərazidə kirayə verilən mənzillərin qiymətindən baha olmaması əsasında müəyyən edilib”
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial mənzilə elektron müraciətlər başlanmasına az müddət qalmasından söz açarkən deyib.
İqtisadçı bildirir ki, sosial mənzilə elektron müraciət çox sadə şəkildədir:
“Müəyyən edilmiş sayta daxil olmaqla siz bunu həyata keçirə bilərsiniz. Sosial mənzil almaq istəyən vətəndaş ilk növbədə elektron sənədlərin verilməsinə hazır olmalıdır. Ödənişlərlə bağlı müəyyən tələblər var. Çünki sosial mənzil alan şəxs ödəniş etməyə malik olmalıdır”.
Ekspert elektron müraicət zamanı iki mühüm vacib sənədin lazım olduğunu da diqqətə çatdırıb:
- Sosial mənzili alan şəxsin iş yerindən olan arayış (yəni həmin şəxs sosial mənzilin aylıq ödənişini edə biləcək)
- İkincisi onun sosial kateqoriyaya malik olduğunu təsdiq edən sənəd (məcburi köçkündürsə, bununla bağlı olan vəsiqələri, əgər fəlsəfə doktorudursa onun fəlsəfə və elmlər doktoru olmasını təsdiq edən sənəd lazımdır)
İqtisadçının sözlərinə görə, dəqiq olaraq müəyyənləşməsə də təxmini olaraq, 1 otaqlı mənzillər üçün aylı ödəniş 150 manatdan, 2 otaqlı mənzillər üçün 200 manatdan, 3 otaqlı mənzillər üçün isə 300 manatdan hesablanacaq:
“Burada söhbət aylıq ödənişdən gedir. Sosial mənzillər üçün ilkin ödəniş 10 fazidir. Bu o deməkdir ki, misal üçün vətəndaş 50.000 manatlıq mənzil almaq istəyirsə, o zaman ilk ödəniş üçün 5.000 manat verəcək. Nəzərə alsaq ki, digər ipoteka proqramlarında 20-25 bəzi hallarda 40%-ə dək yüksəlir. Ancaq sosial evlərdə 10 faizdən artıq ilkin ödəniş tələb olunmayacaq”.
“Sosial mənzil üçün elekron müraciət edən ailələrdə misal üçün ailə üzvlərinin sayı 4 nəfərdisə, ata və ana çalışırsa, ata 400 manat, anat 300 manat alırsa, müraciət zamanı onlar gəlirlərini toplam şəkildə 700 manat kimi göstərmək hüququna malikdirlər. Ailə üzvlərinin sayı 4 nəfərdisə, orta hesabla həmin ailə 500 manat xərclənir və həmin ailə 2 otaqlı mənzil üçün müraciət edə bilər. Buradan da belə nəticəyə gəlmək olur ki, 700 manat gəliri olan ailə 2 otaqlı sosial mənzil alıb, 200 manatı evin aylığını verməklə 500 manatla aylıq dolana bilər. Ailə xərci çıxıldıqdan sonra qalan vəsaitə uyğun olaraq, artıq ailə müəyyənləşdirə biləcək ki, 1-2 ya da 3 otaqlı mənzil ala bilər”, – deyə V.Bayramov əlavə edib.
Ekspert həmçinin bildirir ki, təklif olunan sosial mənzillərin hamısı təmirli olacaq:
“Hətta mənzillərdə mətbəx mebelinə kimi olacağı deyilir, bu da o deməkdir ki, sosial mənzili alan vətəndaş bir başa həmin mənzildə yaşaya biləcək. Aylıq ödənişin müəyyən edilməsi sosial mənzillərin tikildiyi həmin ərazidə kirayə verilən mənzillərin qiymətindən baha olmaması əsasında müəyyən edilib”.
Xatırladaq ki, may ayının 1-dən etibarən sosial mənzillərə elektron müraciət başlayacaq.
Orxan

