Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sosial şəbəkənin Azərbaycan seqmenti türk bayraqlarına büründü

05.03.2020 12:17

Türkiyədə yayımlanan “Savaşçı” teleserialının 22-ci bölümünün, Azərbaycan bayrağı ilə olan səhnəsinə cavab olaraq fotoqraf Taleh Valehov maraqlı fotolayihə hazırlayıb.

Об этом сообщает Роспрес

Layihənin media dəstəkçisi olan A24.az xəbər verir ki, 3 gün əvvəl sosial şəbəkələrdə Türkiyə də yayımlanan “Savaşçı” teleserialından fraqmenti yayımlanıb. Fraqmentdə türk zabiti əsgərləri düzür, Azərbaycan bayraqını da üzərlərində daşımasını əmr edir və “Bu bayrakta bizim bayraktır” deyir.

Buna cavab olaraq bir çox layihələri ilə bu sahədə sözünü deyən fotoqraf  Taleh Valehov aksesuar və Türkiyə bayraqını hazırlayaraq “Bu da bizim bayraqdır” fotolayihəsini edir. Layihəyə əsasən müxtəlif sahələrdən olan tanınmış şəxslər əllərində Türkiyə bayrağı və onun üzərində “Bu da bizim bayraqdır” yazısını tutublar.

Layihə sosail mediada maraqla qarşılanıb.

A24.Az həmin fotoları təqdim edir:

Brilyant Rəsulova // A24.az