Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Şot” neçə olacaq? – Məşhurların “Qarabağ” “Kopenhagen oyunu ilə bağlı hesab təxminləri

05.03.2020 12:17

Bir neçə həftə öncə “Qarabağ” Azərbaycan futbol tarixində  indiyədək bacarılmayanı, edilə bilməyni etdi və Çempionlar liqasının play-off mərhələsinə vəsiqə qazandı. Mərhələnin püşkatma nəticələrinə görə isə sabah Danimarka klubu ilə  ilk oyununa çıxacaq. Doğma azarkeşlər önündə reallaşdıracağı qarşılaşma ilə bağlı hesab təxminləri müxtəlifdir. “Qarabağ”ın gücünə inanan da var, “Kopenhagen”ni güclü hesab edənlər də . Bir də təbii ki, məsələyə bitərəf yanaşanlar da var.

Об этом сообщает Футляр от виолончели

Nəzərə alsaq ki, futbolu kimliyindən, peşəsindən asılı olmayaraq hamı izləyir, hesab təxminlərini Azərbaycanın futbolla məşğul olan məşhurlarından öyrənməyə çalışdıq.

A24.Az sizə məşhurların “Qarabağ”- “Kopenhagen” eləcə də “Kopenhagen”- “Qarabağ” futbol matçı ilə bağlı “Şot” təxminlərini təqdim edir:

Səlim Abbasov

Mən Qarbağdan ancaq uğur gözləyirəm. Keçən dəfəki oyuna da getmişdim. Bu səfər də stadiondan canlı izləyəcəm. “Kopenhagen” Danimarkanın tanınmış, güclü  komandalarından biridir. Amma inanıram ki, “Qarabağ” bu səfər şansından istifadə edib, qrup mərhələsinə düşə biləcək. Cavab oyununda ona rahat olsun deyə gərək “Qarabağ” bir top fərqi ilə udmasın. Hesabla bağlı iki variantım var. Ya 1-1 bərabarə, ya da 3-1 “Qarabağ”ın xeyirinə. Qardaşımsa deyir ki, ya 2-0, ya 1-1 ya da 3-1 təbii ki “Qarabağ”ın xeyirinə. Mən “Kopenhagen” qalib gələcək deyə bilmərəm axı. “Real Madrid” “Barselona” olsaydı deyərdim hə, amma “Kopenhagen” deyə bilmərəm. Düzdür zəif komanda deyil, amma əlçatmaz komanda da deyil. Güclü klubların yanında nədir ki, “Kopenhagen”

Elariz Məmmədoğlu

Futbolumuzu yalandan tərifləməyimizin mənası yoxdur. Futbolumuz inkişafdadır. Mənə elə gəlir ki, yaxın gələcəkdə nəaliyyətlərimiz olacaq. Amma hələ bu günki gündə futbolumuz haqqında böyük təriflər etmək olmaz. Məncə sabah hesab 1-1 heç-heçə ilə başa çatacaq. Cavab oyununda da  elə 1-1 olacaq”.

Meyxanaçı Vüqar Əbdülov

“Azərbaycanla Danimarkanın futbol təcrübəsini götürəndə əlbəttə ki, Danimarka güclü rəqibdir. Sübut edə bildik ki “Şerif”lə oynaya bildik. Eləcə də digərləri ilə. Amma Avropa turnirlərində kifayət qədər təcrübəsi olan komandalarla çox çətindir. İnanıram ki, əlimizdən gələni edəcəyik , yaxşı oynayacağıq. Amma hər hansı bir itki, gözlənilməz bir vəziyyət komandamız üçün çox ağır başa gələr.Dünən “Barselona” “Real Madrid” oyununda qırmızıdan sonra “Real Madrid” qol vura bildi. Bu o deməkdir ki, komanda çox hazırlıqlıdır. Ronaldonun yoxluğunda, o cür çətin vəziyyətdə qələbə qazana bildilər. Bizdə bu mümkün deyil. Məsələn tutaq ki, Rəşad Sadıqov oynaya bilmirsə ya zədəlidirsə bu bizim üçün böyük  itkidir. Amma Danimarka klubu bunun öhdəsindən gəlir çünki artıq onlar dəfələrlə bununla rastlaşıblar. O ki qaldı hesab təxmininə, məncə Bakıdakı oyunda 1-0 bizim xeyrimizə olacaq, Danimarkadakı oyunda da  eyni hesab amma “Kopenhagen”nin xeyirinə. Bərabər komandalar deyil. Aralarındakı güc fərqi 60-ın 40-dır. Hər iki oyuna görə”

Rüfət Axundov

Ümid edirəm ki, yeni uğura imza atacaqlar. Uğur olsun. Oyunun nəticəsi ilə bağlı isə təxminimi deyə bilməyəcəm. Çünki bilmədiyim bir şeyi deyə bilmərəm.