Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Sovet klanı” çökür, Mehriban Əliyeva öz ətrafında gənclərdən ibarət komanda yığır” – POLİTOLOQ

05.03.2020 12:17

“Hiss olunur ki, Mehriban Əliyeva öz ətrafında Prezident Administrasiyası ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır”

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Heydər Əliyev Fondunun icraçı-direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunması məsələsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hiss olunur ki, Mehriban Əliyeva öz ətrafında Prezident Administrasiyası ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır:

“Ötən statusumda gənclərin irəli çəkilməsi vacibliyini yazmışdım. Ona görə də Anar Ələkbərovun yeni vəzifəyə təyinatını müsbət qiymətləndirirəm. Anar Ələkbərov uzun illərdir Heydər Əliyev Fondunda işləyir və bildiyim qədər üzərinə düşən vəzifəni keyfiyyətlə yerinə yetirir, işində hər kiçik detala da diqqət yetirir. Bir sözlə yaxşı menecerdir. İdarəetmə sisteminə də məhz yaxşı menecerlər lazımdır ki, islahatlar sürətlənsin, mövcud problemlər qısa zamanda həll olunsun”, – deyə E.Şahinoğlu əlavə edib.

Mətbuatda yayılan informasiyalara görə, Anar Ələkbərov Vergilər nazirinin müavini Sahib Ələkbərovun oğlu və Avtomobil Federasiyasının prezidentidir.

Orxan