“Sovetski”dəki “Hacı Cavad” məscidi sökülür – Sakinlərlərlə polis arasında qarşıdurma yarandı – VİDEO
05.03.2020 12:17Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri davam edir.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, hazırda həmin ərazidə yerləşən “Hacı Cavad” məscidin söküntü işləri aparır. Ərazidə yaşayan sakinlər məscidin sökülməsinə qarşı çıxır. Nəticədə polis və vətəndaşlar arasında qarşıdurma yaranıb. Hazırda əraziyə 200-dən artıq vətəndaş toplaşıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də “Hacı Cavad” məscidi yerləşdiyi yerə gəlib.
Əməkdaşlarımızın cəhdlərinə baxmayaraq, icra başçısı söküntü işləri ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, XIX əsrdə inşa edilən “Hacı Cavad” məscidi yerli əhəmiyyətli memarlıq abidəsidir.
Əməkdaşımızın hadisə yerindən göndərdiyi eksklüziv video və fotoları təqdim edirik:

