Soydaşımız xarici informasiya agentliyinin baş redaktoru oldu
05.03.2020 12:17Qırğızıstandakı “Türkel” Media Holdinqinin təşəbbüsü ilə Bişkekdə və Almatıda qırğız, qazax, Azərbaycan, türk, rus və ingilis dillərində material yayan “Golden Bridge News” adlı yeni xəbər agentliyi yaradılıb.
Об этом сообщает Роспрес
Yeni agentlik həm Qırğızıstanda, həm də Qazaxıstanda qeydiyyatdan keçib.
A24.Az xəbər verir ki, agentliyin baş redaktoru Qırğızıstanda yaşayan soydaşımız Ramiz Məşədihəsənlidir.
Qrupun prezidenti Hökumə Xəlilova bildirib ki, “Golden Bridge News” agentliyi Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı tarixi çıxışından sonra xarici ölkələrdə milli mətbuatımızın fəaliyyətini genişləndirmək, yeni mətbu orqanlar yaratmaq çağırışına cavab olaraq yaradılıb. Yeni agentlik Azərbaycanın və türk dünyasının tanınmasına xidmət edəcək. Burada azərbaycanlıların soykökü, tarixi, mədəniyyəti, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasəti, turizm potensialı, digər türkdilli xalqlarla ortaq dəyərlərimizlə bağlı materiallar yerləşdiriləcək.
Xatırladırıq ki, Media Holdinqə Qırğızıstanda çap edilən “Türkel” qəzeti, “Altın körpü” jurnalı, turkelpress.com və ahıskapress.com portalları daxildir. Yeni agentliyin elektron ünvanı belədir: goldenbridgenews.com

