“Soyuq müharibə”ni bitirən lider açıqladı: “Dünya müharibəyə sürüklənir”
05.03.2020 12:17SSRİ-nin son lideri Mixael Qarbaçov media ilə dünyanın problemlərini müzakirə edib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, SSRİ-nin 8-ci və son lideri Mixael Qarbaçov yeni dünya nizamı və dünyada get-gedə artan silahlanma yarışı üçün xəbərdarlıq edib. “Time” jurnalına danışan 85 yaşlı siyasətçi dünyanı böyük bir müharibəyə hazırlanırmış kimi göründüyünü bildirərək Tramp və Putini silahsızlaşmağa çağırıb:
“Bu gün dünya problemlərin altında əzilir. Siyasətçilərin fikirləri qarışıb və elə görünür ki, nə edəcəklərini bilmirlər. Heç bir problem siyasətin hərbiləşdirilməsindən və silahlanma yarışından önəmli deyil. Bu yarışı dayandırmaq və ya tərsinə döndərmək əsas məqsəd olmalıdır. Hazırki vəziyyət çox təhlükəlidir”.
Cəmiyyətə təsir edən insanların günü- gündən daha çox döyüşkən olmağa meyilləndiyini bildirən Qarbaçov ifadələrinə belə davam edib: “Siyasətçilərin və hərbi liderlərin səsləri hər gün daha da yüksəlir və müdafiə doktrinaları daha təhlükəli vəziyyətə gəlir. Şərhçilər və televiziyalara çıxanlar da bu gurultulu xora qoşulurlar. Bütün bunlara baxanda dünyanın böyük bir müharibəyə hazırlaşdığı görülür”.
Qeyd edək ki, 1985-1991-ci illərdə Sovet Sosialist Respublikaları İttifaqına liderlik edən Qarbaçov “soyuq müharibəni” bitirib, lakin bundan sonra SSRİ-i dağılıb.

