Söyüşün qurbanı olan tanınmışlar – Allahı, Peyğəmbəri söyənlər…
05.03.2020 12:17“Söyüş” anlayışının müasir dövrdə necə yozulduğuna nəzər salaq.
Об этом сообщает Руспрес
A24.Az bu istiqamətdə aparılmış maraqlı araşdırmanı təqdim edir.
İndoneziya paytaxtı Cakartanın qubernatoru Basuki Tjahaja Purnamanın təhqir səbəbi ilə ittiham olunması bütün dünyanı şoka saldı.
İnsan haqları təşkilatları bunu İndoneziyadakı tolerantlığın tənəzzülü adlandırırlar.
Bu, 2017-ci ildə təhqir əsaslı hadisələrdən hələ ki, ən sonuncusudur.
Stephen Fry, may 2017
Mayın 6-ı İrlandiya Respublikasında britaniyalı komediyaçı Stephen Fry-a qarşı təhqir ittihamı irəli sürülüb.
O, 2015-ci ildə bir televiziya verilişindəki ifadələrinə görə ittiham olunub.
Fry-dan Allaha cənnətin qapıları önündə nə deyəcəyi soruşulub və o cavabında “haqsızlıq ilə dolu dünya yaradan… şıltaq, paxıl və axmaq Allaha niyə hörmət etməliyəm ki” deyə münasibət bildirib.
Bir müddət sonra isə o qeyd edib ki, sözləri “hər hansısa dinə qarşı yönəlməyib”.
İrlandiya mediası təhqiqatın dayandırılması ilə bağlı xəbər yayıb.
Buna səbəb kimi “Cənab Fry-n ifadələrinin kifayət qədər insana təsir etməməsi” göstərilib.
Pakistanda tələbə ölümü, aprel 2017
Aprel ayında Pakistanda bir universitet tələbəsinin qəddarcasına öldürülməsinə də səbəb küfr olub.
26 yaşlı Mashal Khan digər tələbələrlə dini mövzuda apardığı qızğın müzakirədən sonra öldürülüb.
Cənab Khan azad fikirlərinə görə dəfələrlə təhdid olunubmuş. Facebook-da təhqiramiz məzmun paylaşdığı üçün də o, günahkar bilinirmiş.
Küfr Pakistanda son dərəcə həssas və təhlükəli məsələ hesab olunur.
Ölkədəki bir araşdırma mərkəzinə əsasən 1990-cı ildən bəri Pakistanda ən az 65 nəfər təhqir üstündə qətlə yetirilib.
Çitral, aprel 2017
Mashal Khan-ın qətlindən bir neçə gün sonra, başqa bir kişi məsciddə qəddarcasına döyülüb. Səbəbi əlbəttə ki, küfr olub.
Hadisə ölkənin şimal-qərbində yerləşən qatı mühafizəkar Xeybər-Paxtunxva əyalətində baş verib.
Şahidlərdən biri bildirib ki, kişi ruhi cəhətdən sağlam deyilmiş. Kişinin öləcəyindən ehtiyat edən molla, onu polisə təslim edib.
Öz əlini kəsən oğlan, yanvar 2016
BBC iddia edilən küfr əsasında ictimaı qınağa məruz qalan və əlini kəsən oğlanla 2016-cı ilin yanvarında əlaqə saxlayıb.
15 yaşlı oğlan, yerli molla tərəfindən küfr etdiyinə görə günahkar bilindikdən sonra, sakinlər onu qınamağa başlayıblar və nəticədə oğlan öz əlini kəsib.
O, Məhəmməd peyğəmbərin doğum günü ilə bağlı təşkil olunan şənlikdə iştirak edirmiş.
Yerli molla camaata səslənib: “Məhəmmədə inanırsınızmı?” Hər kəs əlini qaldırıb.
Molla davam edib: “Aranızda müqəddəs Peyğəmbərin dediklərinə şəkk gətirən varmı? Varsa, əlini qaldırsın!”
Sualı dəqiq başa düşməyən oğlan, qeyri-ixtiyarı əlini qaldırıb.
Camaatın qəzəbinə tuş gələn oğlan evə qayıdaraq Peyğəmbərə sevgisini sübut etmək üçün əlini kəsib.
Danimarka, fevral 2017
Danimarkada Quranı yandırıb, onu Facebook-da paylaşan bir kişi küfrdə ittiham olunub.
Sekulyar ölkədə bu, böyük təəccüblə qarşılanıb.
O, son 46 ildə Danimarkanın təhqir qanunu əsasında ittiham olunan ilk şəxsdir.
2005-ci ildən bəri ölkədə dini müzakirə və ifadə azadlığı mübahisə mövzusuna çevrilib.
Buna səbəb isə Jyllands-Posten qəzetinin Məhəmməd peyğəmbərin karikaturasını çap etməsi olub.
Şəkillər dünya müsəlmanları tərəfindən qəzəblə qarşılanmışdı. Onlar, bənzəri təsvirləri təhqiramız hesab edirlər.
Kardashian-nın şam mübahisəsi, aprel 2017
Hətta amerikalı ulduz Kim Kardashian West də təhqir iddiaları ilə qarşılaşıb.
O, Kimoji kolleksiyasında şamın üzərində Bakirə Məryəm əvəzinə öz əksini yerləşdirib.
Kimoji Kardashian ilə bağlı emojilərin yer aldığı tətbiqetmə proqramıdır.
Kardashian West-in bundan razı qalmayan izləyiciləri, addımı “hörmətsizlik” adlandırıb və “iyrənc” məhsulun Katolik inancları ilə üst-üstə düşmədiyini bildiriblər.
(BBC)

