“Space”dən gedən aparıcını o əvəz edəcək
05.03.2020 12:17Xəbər verdiyimiz kimi, “Space” telekanalında yayımlanan “Təəccüb dairəsi” proqramına aparıcılıq edən Sahibə Nəzərova işdən ayrılıb.
Об этом сообщает Футляр от виолончели
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, verilişə bundan sonra aktrisa, aparıcı Mələk Heydərova aparıcılıq edəcək.
Bu haqda M.Heydərova özü məlumat verib:
“Veriliş hər həftənin çərşənbə günü efirə gedəcək. Proqram illüziya üzərində qurulub. İllüziyaçı Çingiz qonaqlar üçün maraqlı nömrələr nümayiş etdirir. Eyni zamanda proqramda müğənni, aktyor və idmançılar qonaq olacaqlar”.
Qeyd edək ki, S.Nəzərova bundan əvvəl “Xəzər” telekanalında çalışıb. “Space”dən ayrılmasına səbəb rejissorla aralarında baş verən dava olub.

