SSRİ-nin ilk rəsmi azərbaycanlı milyonçusu, “Təbriz” mahnısının unudulmaz müəllifi – Cənnət
05.03.2020 12:17SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar, Kalmıkiya Respublikası prezidentinin Yaxın Şərq və Ərəb ölkələri üzrə keçmiş nümayəndəsi Cənnət Əliyevin vəfatından 3 il ötür.
Об этом сообщает Роспрес
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlamış, qısa müddətdə uğur qazanaraq, SSRİ-nin ilk milyonçusu kimi tanınmışdı. 1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı “Zülfüqar”ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlamışdı.
1997-ci ildə “Tənha yolçu” albomu işıq üzü görüb.
Cənnət Əliyevin babası Qaçaq Ziyarət çar zülmündən xilas olmaq üçün Araz çayını keçərək Cənuba pənah aparmışdır. Məlum olduğu kimi kiçik yaşda atasını itirən balaca Cənnət isə Araz Çayın qırağında yerləşən internat məktəbində böyümüşdür. Hər gecə yuxuda Arazı çayını keçib öz babasını tapmağını görən Cənnət artıq bunu özünə misiya bilmişdir. O qarşısına bir gün SSRİ-İran sərhədini yarıb babası Qaçaq Ziyarəti taparaq ata həsrətinə son vermək məqsədi qoyur. Vaxt gəlir 80-ci illərin sonunda artıq milyoner kimi məşhurlaşan Cənnət öz “uşaqlıq arzusi”nu yerinə yetirməyə fürsət tapır.
1989-cu ildə Sverdlovskda “Təbriz” adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Həmin 4 nəfər Musa Musayev, Vuqar Yusubov, Cəlilağa və Şakir Quliyev qardaşları olur. Ansamblın ilk mahnısı Cənnətin hələ 1973-cü ildə öz ata həsrətinə bəstələdiyi musiqisi və Təbrizli şairəmiz Hökumə Billurinin “Təbriz” şeirinin vəhdətindən yaranan “Təbriz” mahnısı olur. Həmin zamanda SSRİ-nin mərkəzi vilayətlərindən birində oturub Təbriz haqqında, Cənub həsrəti haqqında bu cür işə cəhd etmək çox təhlükəli olur, SSRİ KQB-si tərəfindən təqiblərə məruz qalan Cənnət Əliyev öz məqsədindən dönmür. “Təbriz” mahnısı üçün klip çəkiminə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, külli miqdarda vəsait klipin çəkilişinə ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə çalandıqdan 10 gün sonra nəticədə Azərbaycan xalqı ayağa qalxaraq SSRİ imperiyasının sərhədini yarmağa müvəffəq olur. Həmin hadisə 1989-cu il 31 Dekabr “Dünya Azərbaycanlılarının həmrəyliyi günü” kimi tarixə düşmüşdür. A24.az

