Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Stalinə “Xiyar” deməkdənsə, azərbaycanlılardan soruşun ki, niyə konstitusiyanızda “Türk dili” yazmırsınız? – Türkiyədə “Azəri” qalmaqalı

05.03.2020 12:17

Lüleburqazda iştirak etdiyi bir konfransda “Türklər arasında “azəri” deyə bir millət yoxdur.  Bunu Stalin xiyar çıxartdı. Stalin cahil bir gürcüdür. Millətlərdən başı çıxmaz, təhlükəli bir hərifdir” deyərək təhqir edən İlber Ortaylının səsləndirdiyi fikirlərə Munzur Universiteti Tarix fakultəsinin sabiq direktoru Candan Bademdən cavab gəlib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Candan Badem Ortaylının təhqir dolu sözlərini sosial media hesabından cavablandırıb.

“Ortaylı və başqaları Stalinə dil uzatmaqdansa, bugünkü azərbaycanlılara “Niyə konstitutsiyanızda dilinizi türk dili yazmırsınız?” sualını verin görüm” deyən Bademin açıqlamaları belədir:

Rus dilində danışan Stalin “azəri”ni necə deyib?

Stalinin “azəri” adlı bir millət uydurması bu səbəblərə görə doğru deyil:

1 – Rus dilində “azəri” mənasını verən bir söz yoxdur. Rus dilində sadəcə “Azerbaycanets” deyə  bir söz var və bu da “azərbaycanlı” deməkdir. Rus dilində “azəri” sözünün tərcüməsi yoxdur. Stalin rus dilində danışırdı, bəs necə ola bilər ki, “azəri” deyib?

2 – Azərbaycan türklərinin özlərinə azərbaycanlı deməsinin səbəbi Stalin deyil, öz seçimləridir. Boşnaklar da serbdir, amma özlərinə serb deməzlər.

3 – Rus dilində “türk” mənasını verən iki söz vardır: “Tyurk” “ türk” xalqlarının hər biri”, “Turok” “Türkiyə türkü” mənasını verir.

Azərbaycan türklərinin tyurk olduğunu nə Stalin, nə də başqa sovet dövlət adamı və ya qurumu rədd edib. Azərilərin tyurk xalqı olduğunu Stalinin dövründə sovet qaynaqlarında da eyni ilə qəbul edilmişdir.

4 – Stalinin dövründə sovetlər birliyində yaşayan bütün türk xalqlarının dillərində dövlətin səyi ilə türkcə təhsil-tədris və yayım edilirdi.

5 – Müstəqillik illərindən sonra 1995-ci ildə Azərbaycan Konstitutsiyasına rəsmi dilin Azərbaycan dili olduğunu da Stalin qoymuşdur?

6 – Çarın dövründə Azərbaycan türklərinə “tatar” deyilirdi. Lakin sovetlər birliyi onlara “siz tatarsınız” demədi.

Ortaylı və başqaları Stalinə dil uzatmaqdansa, bu günkü azərbaycanlılara “Niyə konstitutsiyanızda dilinizi türk dili yazmırsınız?” sualını verin görüm.

Daha sonra Badem mövzu ilə bağlı fikirlərini bu çağırış ilə tamamlayıb:

“Bütün millətçilərə və sovet düşmənlərinə hodri meydan! Canlı yayımda müzakirə etməyə hazıram”.

Firuzə Alimova / MTM